Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Balaca neftçiyəm

Balaca neftçiyəm

Sözləri Rəfiq Zəkanın,
Musiqisi Telman Hacıyevindir.


Neftçidir mənim atam,
Işləyir yorulmadan
Xəzərin qucağında.
Döşündə nişanı var,
Onu hamı tanıyır
Abşeron torpağında.

Neft çıxarır sulardan,
Deyir: “Kərək hər insan
Bağlı olsun vətənə!”
Atamın bu sənəti,
Işinə məhəbbəti
Yaman xoş gəlir mənə.

Hərdən söz düşən zaman,
Ya bir qız, ya bir oğlan
Soruşur nəçiyəm mən?
Baxıb gülümsəyirəm,
Uşaqlara deyirəm:
“Balaca neftçiyəm mən”. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Balaca qarışqa və təpə
  ...Hükəmayi-hind öz...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 59   
article Balaca ovçu
Sözləri Hikmət Ziyanın,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 69   
article Balaca kapitan
Sözləri Cahangir...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 73