Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Ana və qız

Ana və qız

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Ramiz Mustafayevindir.


Dilarənin anası
Adlı-sanlı neftçidir.
Neft uğrunda yarışda
Həmişə birincidir.

O, qabaqcıl olmuşdur
Hər bir zaman işində,
Şanlı Lenin ordeni
Parıldayır döşündə.

Dilarə deyir: ondan
Geri qalsam mən əgər,
Bütün dostlar, tanışlar,
Onda mənə nə deyər.

Odur ki, çox həvəslə
Girişir hər bir işə,
Dilarə də məktəbdə
Əlaçıdır həmişə.

Elə bil ki, ana, qız
Bir-birilə yarışır.
Belə ana, belə qız,
Bir-birinə yaraşır.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?