Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Musiqi .: Azərbaycan musiqisi .: Uşaq mahnıları .: Ad günü

Ad günü

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Ağabacı Rzayevanındır.


Bu axşam evdə
Böyük şənlik var
Anam bişirmiş
Dadlı qoğallar.
Gülür, sevinir
Bacım, qardaşım
Tamam olubdur
Bu gün beş yaşım.

Atam həvəslə
Dindirir tarı.
Bacım geyinmiş
Güllü paltarı.
Gülür, sevinir
Bacım, qardaşım
Tamam olubdur
Bu gün beş yaşım. 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?