|
...Hükəmayi-hind öz kitablarında mərqum ediblər ki, bir murçə bir təllin torpağını bir sair yerə nəql etməyə kəməri-himmət bağlamışdı. Bir quş gördü ki, bir zəif olan şey süruri-təmam və vəcdi-malakəlam ilə dəstü pa çalıb bir təllin torpağını daşımağa səy və təlaş qılır. Dedi ki, zəif nə nəhif əcibə olan, əmri-məhalə mürtəkib olmusan. Bu nə işdir ki, mübaşir olursan? Murçə dilə gəlib dedi ki, mənim bir nəfər məşuqəm var, o mənə deyibdir ki, əgər mənim vüsalıma talibsən və dövləti-didarıma rağibsən, gərəkdir ki, bu təllin türabını filan yerə nəql edəsən. İndi mən səy edirəm şərti əmələ gətirəm. Quş ona dedi ki, ey biçarə, bu arzu ki, sənin könlündədir, qüdrətindən çox bəiddir. Qolunda o tavana yoxdur ki, gümanın əmələ gələ. Murçə ümidini itirmədi. Dedi ki, mən öz səyimi elərəm, əgər muradım hasil olmasa da, dost hüzurunda üzrüm qəbuldur. Bəs hər işdə səy eləmək lazımdır.
|
|
Məqalə
|
811
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|