Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Məktəblilər marşı

Məktəblilər marşı

Biz maarif cəbhəsinin
Alnıaçıq əsgəriyik.
Biz həqiqət səhnəsinin
Köksü polad səfləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Arş irəli, durma, sağın,
Var günəşə doğru axın.
Zülmət sönür, mənzil yaxın;
Biz sabahın rəhbəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Sevimlidir şən yurdumuz,
Müzüffərdir gənc ordumuz
Düşməndən yoxdur qorxumuz,
Qızıl əsrin ülkəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Məktəbimiz ürfan bağı,
Əmək yurdu, nur ocağı,
Bilik, səadət qaynağı;
Biz inqilab ərləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

1936


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Məktəblilər
Sözləri Ənvər...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 97   
article Məktəblilər mahnısı
Sözləri Hikmət Ziyanın,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 94