Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: İdman nəğməsi

İdman nəğməsi

Biz gənclər, biz məktəblilər,
Hər işdə göstərək hünər.
İdman edək səhər, axşam,
Vücudumuz olsun sağlam.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biz!

Minnətdarıq məktəbimizə,
Savad, bilik verir bizə.
Sağlam bilik, sağlam bədən
Olsa çiçəklənər Vətən.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biz!

Gələcəkçün yorulmadan
Bizik yeni həyat quran.
Bilik ilə kommunizmə
Bizik möhkəm təməl quran.
Qoy güclənsin gənc nəslimiz.
Gələcəyə hakimik biz! 

1949


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article İdmançılar mahnısı
Sözləri Hüseyn...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 134