Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Abdulla Şaiq .: Şerlər .: Çoban mahnısı

Çoban mahnısı

Sürür inəkləri Dadaş,
Otarmağa yavaş-yavaş;
Belində bağlama çörək,
Yanında bir ala köpək.
Basıb gözə papağını,
Vurur yerə çomağını.
Ara-sıra oxur, çalır,
Sürü həvəslə otlayır:
-Yaşıllanıb çəmən, çayır,
səfalanıb dərə, bayır.
İnəklərim, ot otlayın,
Sabaha süd hazırlayın!
Sizi gözətləyir Fatı,
əlində badya, həm çatı. 

1906.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qış mahnısı
 Sözləri Tofiq...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 115   
article Məktəblilər mahnısı
Sözləri Hikmət Ziyanın,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 89   
article Gənc idmançılar mahnısı
Sözləri Hikmət Ziyanın,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 82