Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Xalq nəğmələri .: Mövsum və mərasim .: Yel baba

Yel baba

Heyva narın iyi gəlir,
Əs, ey gilavar, gilavar.
Güldən xarın iyi gəlir,
Əs, ey gilavar, gilavar.
Səndən yarın iyi gəlir,
Əs, ey gilavar, gilavar
Ay xoş gilavar, gilavar.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, yel baba,
Qurban sənə, gəl, baba.
A Yel baba, Yel baba,
Saman sənin dən mənim.
Yel baba əsdi neynim,
Dolunu kəsdi neynim.
Çəkirəm yar qüssəsin,
Falım da nəsdi neynim.
Mən aşiq qolu güclü,
Kəsibdi yolu güclü.
Yel əssin, bulud getsin
Yağmasın dolu güclü.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Qış baba
Sözləri Mehdi Seyidzadənin,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 104