Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Bayatılar .: Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında

Mərdlik-namərdlik, dostluq, igidlik, məğrurluq - haqqında

El batır qəm dəryada,
Kimə gedim mən dada?
İgid göyüşdə ölsə,
Adı qalar dünyada.

***

İgid gərək atlana,
Atın minə, atlana,
Mərd odur ki, döyüşdə
Hər yaraya qatlana.

***

Əzizinəm kasa dolmaz,
Fitnəsiz fasad olmaz.
Namərdə boyun əymə,
Mərd əli kasad olmaz.

***

Bu sazı alan gəlməz,
Oxuyub-çalan gəlməz,
İgidi öldürsələr,
Dilinə yalan gəlməz.

***

Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.

***

Mərd anadan mərd oğul,
Yada ağa, mərdə qul,
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.

***

Halalar, ay halalar,
Qartal dağda balalar,
Qorxaq ölər, məhv olar,
İgid alar qalalar.

***

Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar,
Mərd igidin balası,
Özü kimi mərd olar.

***

Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər,
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər.

***

İgidin bir atıdır,
Bir də təmiz zatıdır,
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Dostluq qatarı
Sözləri Cahangir...

  10-7-2007    Baxılıb: 125   
article Ermənilər özləri haqqında
1883-cü ildə İrəvan...

  10-1-2007    Baxılıb: 366   
article Vətən, qurbət - haqqında
Yağı gəldi yanıma,...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 165