|
Bir dəfə bir padşah vəzirlərindən birinə dedi ki, ey vəzir, görəsən dünyada bir elə yer olurmu ki, orada milçək olmaya? Vəzir dedi ki, ey padşah, adam olan yerdə milçək olur. Bir gün padşah haman vəzirlə bir şəhərdən bəid olan səhraya şikara getmişdi. Padşah vəzirlə bir guşeyi-pünhanə çəkilib, vəzirə dedi ki, ey vəzir, xilafi-təqrir, bu sərzəmində ki, bir adam yoxdur, bəs bu milçəklər nədir? Vəziri-dilir dedi ki, ey sahibsərir, mən demişəm ki, adam olan yerdə milçək olur. Əgər sən özünü adam hesab eləmirsən, mən ki, əlhəmdüllah, özümü adam hesab eləyirəm.
|
|
Məqalə
|
863
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|