Nuşirəvan Büzürgmehrdən1 soruşdu ki, şücaət nə şeydir?
Həkim dedi ki, şücaət qəlbin qüvvətidir.
Nuşirəvan dedi ki, nə üçün demədin ki, əlin qüvvətidir?
Həkim dedi ki, əgər qəlbdə qüvvət olmasa, əldə qüvvət qalmaz.
___________________________
1Büzürgmehr - Sasani şahlarından Nuşirəvanın vəziri olmuşdur. O, Hindistandan bir sıra qiymətli əsərlər əldə edərək, onları pəhləvi dilinə (orta fars dili) tərcümə etdirmişdir. Rəvayətə görə nərd oyununu da o, icad etmişdir. Miladi tarixin 580-cı ilində ölmüşdür.