Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Hekayətlər .: Nəqqaş

Nəqqaş

  Bir nəfər nəqqaş bir şəhərə getdi. Orada nəqqaşlıqdan əl çəkib, təbabət ağaz qıldı. Bir müddətdən sonra onun vətənindən bir şəxs o şəhərə gəldi. Onunla mülaqat ittifaqı düşdü. Ondan sual elədi ki, hala nə sənətə məşğulsan?
   Dedi ki, təbabət eləyirəm.
   Dedi ki, nə səbəbə, elmi-nəqqaşi ki bütün ülumun əfzəlidir, ondan əl çəkib, təbabət sənətinə mübaşir oldun?
   Cavab verdi ki, ey rəfiqi-şəfiq, elmi-nəqqaşda hər bir şəkil ki, dərü divara nəqş eləsəm, qüsuru cümləyə məlumdur.    Amma bu sənəti-tibbdə nə xəta eləsəm, torpaq onu məstur qılır.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?