Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Hekayətlər .: Müsafir və xəsis

Müsafir və xəsis

 Bir şəxs səfərə gedirdi. Onun bir nəfər bəxil olan dostu var idi. Bir gün bəxil olan dostuna dedi ki, səfərə gedirəm, əngüştərini (yəni üzüyünu) mənə ver ki, hər vaxt barmağımda görsəm, yadıma düşəsən.
   Bəxil dedi ki, nə vaxt ki, istərsən mən yaduva düşəm - boş qalan barmağuva bax, məni yaduva sal. Degilən ki, filan vaxtda filan dostumdan yadigarlıq üçün bir üzük istədim, amma mənə vermədi. 
 

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?