|
Bir nəfər kar olan şəxs bir mərizin əyadətinə gəldi. Soruşdu: - Necəsən? Məriz dedi ki, ölürəm. Kar elə bildi ki, deyir, yaxşıyam. Dedi ki, əlhəmdüllah. Və yenə soruşdu ki, qiza nə yeyirsən? Dedi ki, zəhrimar. Kar dedi ki, nuşican olsun! Soruşdu: - Təbibin kimdir? Dedi ki, əzrail. Elə bildi ki, deyir filan təbib. Dedi ki, qədəmi düşərli olsun! Bu məsəl ondan qaldı ki, "karın könlündəki".
|
|
Məqalə
|
847
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|