|
Zülqərneyi bir gün sübhdən axşama kimi məclisi hökümətdə əyləşdi, heç bir kimsə onun hüzuruna rəfihacət üçün gəlmədi. Öz nayibinə dedi ki, mənim bu günüm ömrdən hesab deyil. Nayib ərz elədi ki, ey padşahi-aləmpənah, bir gün ki söhbətdə fərağət keçə, səlamət və kəramətdə axşama gələ, əmrlər öz kamınca, xatirin fərağət, xəzanə məmur və sipah mənsur, - əgər padşah bu günü ömürdən hesab etməyə, bəs hansı gün ömürdən hesab olur?! Zülqərneyn buyurdu ki, bir gün ki padşahdan bir istirahət bir məzluma yetməyə və bir məhrumun hacəti rəva olmaya - o günü necə ömürdən hesab etmək olar?!
|
|
Məqalə
|
843
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|