|
Hörmüz tacidara dedilər ki, atanın vəzirlərindən nə xəta gördün ki, cümləsini zindana saldın? Hörmüz buyurdu ki, bir xəta görmədim. Ancaq gördüm ki, mənim xevf və hərasım onlara müstövli olubdur və mənim sözümə bilmərrə etimad və etibarları yoxdur. Qorxdum ki, öz canlarının xövfundən mənim həlakıma qəsd edərlər. Bəs həkimlərin qövlü ilə rəftar elədim ki, buyurublar: "Qorx o kimsənədən ki, həmişə səndən qorxur; əgərci davada yüz ondan artıq olsan da. İlan çobanın ayağından o səbəb çalar ki, qorxur ki, çoban onun başını daş ilə əzə". Görməmisən ki, ol vaxt ki, pişik pələngin əlində aciz qalır, öz qorxusundan pələngin gözlərin çəngalı ilə çıxardır? Və illa pələngin zoruna pişiyin zoru çatmaz.
|
|
Məqalə
|
842
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|