|
Soltan Məlik şah Səlcuqi bir gün İsfahan şəhərinin Zindərud çayının kənarında şikara məşğul idi. Onun mülazimlərindən biri bir mərğzarda bir kök inək gördü. Tutub ol inəyi zibh elədi. Ətindən kabab bişirdi, yedi. Inək sahibi bir nəfər əcuzə övrət idi. Məlik şahın şikardan qayıdan vaxtında Zindərudun körpüsünün üstündə atının cilovundan tutdu. Haman qulam gəlib əlindəki taziyanə ilə ol övrəti vurdu ki, ey biədəb, əldən qoy! Padşah bildi ki, ona zülm olubdur. Qulamı mən elədi. Ol övrət dedi ki, ey pəsəri-Arslan, əgər mənim dadıma bu Zindərud çayının körpüsündə yetməsən, pulisiratda damənüvü tutacağam. Indi hansını qəbul eləyirsən? Sultan bu sözün məhabətindən piyada oldu, dedi ki, ey ana, o körpüdə cavab verməyə taqətim yoxdur, kim sənə zülm edibdir, bəyan elə? Övrət dedi: - Ey məlik, həmin qualm ki, mənim başıma taziyanə vurdu, bu gün mənim bir rəs inəyimi zibh edib, kabab edibdir. Mən bir dul övrətəm, dörd baş yeti mol inəklə mənşət qılırdıq. Məlik şah buyurdu qulami-nafərmanı qətlə yetirdilər və özünün məxsusi olan vəchi-həlalından iyirmi rəs inək ol pirəzəni-məzluma əta elədilər. pirəzən şad olub rəvan oldu və Soltan Məlik şah öz dadxahlığına səcdeyi-şükranələr qıldı.
|
|
Məqalə
|
841
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|