|
Günahkarlardan bir nəfər bir padşahi-ərəbin xidmətinə gəldi. O, padşahların əqrəbasından çox adamlar öldürmüşdü. Padşah ona dedi: - Bu qədər günahın ola-ola, sən nə cürətlə mənim hüzuruma gəldin? Dedi ki, ey məlik, hərçənd mənim günahım böyükdür, amma bilirəm ki, sənin rəhmin mənim günahımdan böyükraqdır. Padşaha onun sözü xoş gəlib onun günahlarından keçdi və vüzəralardan birisi ərz elədi ki, ey məlik, onun bu qədər günahı ola-ola, sən onun bir sözünə aldanıb ondan əl çəkdin. Padşahi-ərəb dedi ki, belə deyil. Mən fikr elədim ki, əgər ondan intiqam alsam, mənim nəfsim şad olacaq; əgər əfv eləsəm, onun könlü şad olacaq və mən savaba vasil olacağam. Əfvdə bir ləzzət vardır ki, intiqamda yoxdur.
|
|
Məqalə
|
835
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|