Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Nadirələr .: Nadirə 14

Nadirə 14

   Cüha bir vaxt bir neçə toyuq alıb, yağda toyuqları büryan elədi, bir qaba qoydu, ağzını örtdü, getdi ki, rəfiqlərini yeməyə gətirsin. Övrəti o bişmiş toyuqları götürüb, bir neçə vəhşi göyərçini qaba qoyub ağzını örtdü. Elə ki, Cüha qonaqları evə gətirib oturtdu, getdi ki, müsəmma olan toyuqları gətirsin, qabın ki, sərpuşun götürdü, quşlar hamısı birdən uçdular, getdilər. Cüha mat və məəttəl qaldı, dedi ki, xudavənda, bərfərz ki, sən bu quşlara tərəhhüm elədin, zində qıldın. Qüdrətindən uzaq deyildir, indi mənə de görüm ki, yağın pulunu və özgə məxarici kimdən alım, qonaqlarım nə yesin? Cüha bir vaxt bir neçə toyuq alıb, yağda toyuqları büryan elədi, bir qaba qoydu, ağzını örtdü, getdi ki, rəfiqlərini yeməyə gətirsin. Övrəti o bişmiş toyuqları götürüb, bir neçə vəhşi göyərçini qaba qoyub ağzını örtdü. Elə ki, Cüha qonaqları evə gətirib oturtdu, getdi ki, müsəmma olan toyuqları gətirsin, qabın ki, sərpuşun götürdü, quşlar hamısı birdən uçdular, getdilər. Cüha mat və məəttəl qaldı, dedi ki, xudavənda, bərfərz ki, sən bu quşlara tərəhhüm elədin, zində qıldın. Qüdrətindən uzaq deyildir, indi mənə de görüm ki, yağın pulunu və özgə məxarici kimdən alım, qonaqlarım nə yesin?

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Nadirə 1
  Cühanın bir vaxt...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 83   
article Nadirə 13
   Deyirlər ki, bir gün Cüha yol...

(Səs verilməyib)  10-6-2007    Baxılıb: 69   
article Nadirə 12
   Cüh bir vaxt yük buğdanı...

  10-6-2007    Baxılıb: 62