Deyirlər ki, bir gün Cüha yol gedirdi, yorulmuşdu. Dedi ki, xudavənda, bir mərkəb1 mənim üçün yetir ki, süvar olum, dəxi piyada yol getməyə taqətim qalmadı.
Nagah bir piyadeyi-digər yorulub yolda qalmışdı. Cühanı tutub dalına süvar oldu. Cüha nəhayətdə xişmgin olub, dedi ki, xudavənda, altmış ildir ki, allahlıq eləyirsən, hələ də sözü anlamırsan? Mən məgər belə demişdim?
___________________________
1Mərkəb - minik (at, qatır və s.)