|
Cüha bir vaxt səfərə gedirdi. İki qılıncı və iki nizəsi var idi. Bir piyada ona rast gəldi. Cühanı soydu, üryan elədi. Cüha üryan və nalan şəhərə gəldi. Macəranı bəyan elədi. Dedilər ki, səndə qılınc və nizə ola-ola, bir piyada bir dəyənəklə nəcə səni soydu? Dedi: - O səbəbə ki, bir əlimdə qılınc var idi, bir əlimdə nizə tutmuşdum. Fürsət vermədi ki, nizəni ona həvalə eləyim, məni soydu. Amma elə ki, o məni soyub getdi, bir ağac ki, ondan aralandım - onu çox söymüşəm.
|
|
Məqalə
|
798
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|