Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səid Rüstəmovundur.
Ağ alma, göyçək alma,
Açmısan çiçək, alma.
Bağda sənə baxmayıb,
Biz necə keçək, alma!
Ağ alma, sarı alma,
Bağların barı alma,
Şirin-şəkər kimisən,
Bax mənə sarı, alma.
Ağ alma, qızıl alma,
Saplaqdan üzül alma.
Bizə qonaq gələndə,
Boşqaba düzül, alma.