Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Botanika .: Məqalələr .: Qızıl Alma - Ərik

Qızıl Alma - Ərik

Ana vətəni Çindən Böyük İsgəndərin Asiya yürüşlərində (m.ö. 330-323) İran və Qafqaz dağlarının üzərindən Anadoluya aparılan əriyin ölkəmizdə iki min ildən çox keçmişi var. Romalıların Anadolunu istilası zamanı yerli tacirlər tərəfindən əvvəlcə İtaliyaya, sonra isə Yunanıstana aparılan “Qızıl Alma” da adlandırılan meyvənin istehsalına bu ölkələrdə böyük əhəmiyyət verilmişdir. Ərik, İtaliya və Yunanıstandan 13-cü əsrdə İngiltərəyə, 17-ci əsrdə isə Fransa və Amerikaya aparılmışdır.

 

Əriyin insan səhhəti baxımından önəmi

pH-ı 3-4 arasında dəyişən təzə ərik, doqquz fərqli şəkər, on səkkiz sərbəst amin turşusu, zəngin A vitamini və betakaroten, yüksək miqdarda potasium və dəmir elementi ehtiva edən bir quruluşda yaradılmışdır. Hələ tam yetişməmiş dövrdə yüksək olan C vitamini (50-60 mg/kg), meyvənin yetişməsi ilə birlikdə azalmaqdadır (30-50 mg/kg). Yaş və quru ərikdə insan sağlamlığı üçün bir çox xüsusiyyət vardır. İnsan vücudunun günlük enerji və protein ehtiyacının qarşılanmasında çox az iştirakı olmasına baxmayaraq, yaş ərik, mineral maddələrdən potasium və betakaroten maddəsi baxımından çox zəngindir. A vitamininin ön maddəsi olan betakaroten; vücudu və orqanları əhatə edən epitel toxuması, göz sağlamlığı, sümük, diş inkişafı və endokrin bezlərinin çalışması üçün lazımdır. Bir qayısının rəngi nə qədər canlıdırsa, içindəki betakaroten nisbəti o qədər yüksəkdir.

Qayısı, sağlamlığın taraz şəkildə davamına və xəstəlikləri önləməyə vəsilə olacaq mahiyyətdə yaradılmışdır. Ərikdə olan A vitamini, çoxalma və böyümədə; infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir. Digər tərəfdən A vitamini, normal vücud hüceyrələrinin bədxassəli hüceyrəyə çevrilməsinin başlıca cavabdehi olan aktiv karsinogenlərdən təkli oksigen radikallarının meydana gəlməsinin və ya meydana gəldikdən sonra təsirsiz qalmasının qarşısını ala bilir. Bundan başqa A vitamini, hüceyrələrin müqavimətinin artmasına vəsilə olaraq xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirməkdədir. Beləliklə, sərbəst radikalların meydana gəlməsi və hüceyrə ölümünə səbəb olan protein və yağ turşularının pozulma reaksiyalarının dayandırılması təmin edilir.

Ərikdə natrium az, potasium isə çox olduğuna görə, qəlb çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, siroz müalicəsində və qəlb əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğunu öyrənilmişdir. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır. Quru qayısıya rəngi getməsin deyə əlavə olunan sulfat dioksidin astma kimi allergiyalara xeyirli olduğu müəyyən edilmişdir.

Quru qayısının qida və sağlamlıq baxımından digər önəmli xüsusiyyəti də lifli qida olmasıdır. Quru qayısının 100 qramında təqribən 24 qram lif var. Yeniyetmə bir insanın günlük lif ehtiyacı isə 25 qramdır. Dietlə qəbul edilən bu liflər, həzm sistemimizdə ifraz olunan fermentlər tərəfindən hidroliz edilə bilməyən polisaxarit və liqnin kimi birləşmələrdən ibarətdir. Bu lif; irritabl kolon sindromu, xroniki ürək xəstəlikləri, kolon xərçəngi, diş və şəkər xəstəliyi, apendisit, qəbzlik, hemoroid və kökəlmə kimi xəstəliklərin meydana çıxma riskini azaldır və bağırsaqların düzgün çalışmasına kömək edir.

 

İnsan vücudunu mükəmməl Yaradan, vücudun ehtiyacı olan qidaları da ən mükəmməl şəkildə yaratmış və insanların xidmətinə təqdim etmişdir.

 

Qaynaqlar
- Mehlanbacher, S.A., Cocıu, V., Hough, L. F., 1991, Apricots, Genetic Resources Fruit Acta Hort., Vol. 290, 66-107.
- Özbek, S., Özel Meyvecilik, Çukurova Ü. Ziraat Fak. Yayınları, No: 128, Adana, 1978.
- Dokuzoğuz, M., Ege Bölgesi Kayısı Çeşitleri Üzerine Pomolojik Çalışmalar, Ege Üniversitesi Ziraat Fakültesi Dergisi, 3(2), 60-77. 1966.
- Evliya Çelebi Seyahatnamesi, III. Cilt, s:425 (Nşr. T. Temelkuran, N. Aktaş, Istanbul, 1986)
- http://kaum.inonu.edu.tr/kaum13.html 30.04.2005
- http://darendeli.de/kayisi.htm
- www.saglikvakfi.org.tr
- www.akademiya.net


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article İki alma
    Axşam vaxtları...

  10-6-2007    Baxılıb: 274   
article Alma
Sözləri Mehdi Seyidzadənin,...

(Səs verilməyib)  10-7-2007    Baxılıb: 179   
article Dəstəmaz almağın qaydası

  9-30-2007    Baxılıb: 511