Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Döş axarlarının tutulmasını , irinləməni və mastiti xəstəlikləri

Döş axarlarının tutulmasını , irinləməni və mastiti xəstəlikləri

SIZ DÖŞ AXARLARININ TIITULMASINI, IRINLƏMƏNI VƏ MASTITI XATIRLADINIZ. BU XƏSTƏLIKLƏR NƏ QƏDƏR YAYILMIŞDIR VƏ ONLARI NECƏ MÜALICƏ ETMƏLI?
Bu xəstəliklərin geniş yayılması o qədər də vacib deyil. Çünki onlar uşağın döşə düzgün qoyulmaması, döşün tez-tez verilməməsi yaxud döş vəzlərinin bərkiməsi nəticəsində əmələ gəlir. "On addıma" əməl edilərsə, bu xəstəliklərə nadir hallarda təsadüf edilər. Bütün bunlarm hamısı təxirəsalınmaz kömək tələb edir.
Axarları tutulmuş döş vəzisi qırmızı yumağa bənzəyir. Bu döşün yarısının boş olmadığı təqdirdə baş verir.
* Uşağın döşə qoyulmasını yaxşılaşdırmağa çalışın. Bəlkə də bunun
üçün əmizdirmə zamanı vəziyyəti dəyişmək lazımdır.
* Büsthalterin və ya başqa paltarın sizi sıxmadığını yoxlaym. Büsthal-
terdə olan tikişlər döşün bir tərəfini sıxıb südün axmasına mane olur. Əgər
sizin başqa büsthalter tapmağa imkanınız yoxdursa, onda döşü sıxan yeri
kəsib atın. Əgər sizə büsthaltersiz olmaq rahatdırsa, o zaman geyinməyin.
* Əgər sizə rahatdırsa, döşü altdan saxlayın.
* Uşaq döşü əmən zaman ağrılı olan sahəni ehtiyatla massaj edin.
* Əgər imkanınız varsa, əmizdirmələr arası fasilələrdə döşünüzü
qızdırın.
Mastit olduqda döş qızarır, şişir və ağrılı olur. Bərkimədən fərqli olaraq, mastit olduqda, döşün yalnız biri və ya bir hissəsi zədələnə bilər. Siz özünüzü pis hiss edə bilərsiniz, hərarətiniz yüksələ bilər. Mastit döşdən südün tam çıxarılmaması nəticəsində əmələ gəlir. Hərdən südün döşdə qalması nəticəsində infeksion mastitin törədicisi inkişaf edib çoxalır. Bunu dərhal təyin etmək çətin olur və əgər qripə oxşar ağrılı vəziyyət və hərarətin yüksəlməsi davam edirsə, bu infeksion mas-titin olmasını göstərir. Əgər bacarırsınızsa, tibb işçilərindən xahiş edin sizə aşağıdaki antibiotikləri versinlər və siz müalicə kursunu axıra çatdırın. Aşağıdakı təlimata bax. Bu antibiotiklər uşağa zərər gətirməz.
Geniş yayılmış ampisillin antibiotiki adətən effektsizdir.
Əgər siz ağrıya qarşı parasetamol əldə edə bilsəniz, qəbul edin. Əmizdirmə zamanı da qəbul edə bilərsiniz.
Antibiotiki əldə edib, və ya edə bilmədiyinizdən asılı olmayaraq, südün ixrac olmasını qoruyub saxlamağınız vacibdir. Südü boşaltmaq-da uşağın əmməsi əsas olmalıdır.
İnfeksion mastiti törədən mikroorqanizmlər sizin uşağa zərər yetir-mir, onları uşağın həzm fermentfəri məhv edir.
Əmizdirmənin dayandırılması həm sizin üçün, həm də uşağımz üçün təhlükəüdir.
Yəqin ki, bərk və şişmiş döşlə uşağı əmizdirmək çətindir, ona görədə əvvəlcə ehtiyatla südü sağın.
Bunu tibb işçisinə göstərin:
İnfeksiyalaşmış mastitin antibiotikiəriə müalicəsi
Döşün irinləməsi zamanı rast gələn ən geniş yaytlmış bakteriya stafilokokkdur (Staphylococcus aureus). Ona görə də döşü infek-siya zamanı penisilinazaya rezistent olan antibiotikləriə, fluklok-sasilin və ya eritromisin kimi antibiotiklərlə müaiicə edin.
Preparat Doza Qəbul qaydası
flukloksasilin 250 mq peroral hər 6 saatdan bir yeməkdən 30 dəqiqə əvvəf 7-10 gün müddətində
Eritromisin 250-500 mq hər 6 saatdan7-10 gün müddətində

Bə'zi qadınlar mastit olduqda döşiə əmizdirmək istəmirlər. Gündə bir neçə dəfə ehtiyatla döşü əllə sağıb, onlara südün əməiə gəiməsini saxlamağa kömək etmək iazımdır. Uşağı isə fincandan, sağılmış südiə v'edizdirmək lazımdır, bu onun üçün ən yaxşı qidadır. Döşlə .■■jmizdirməni mümkün qədər tez bərpa etmək lazımdtr. İrinləmə - müalicə olunmamış mastit nəticəsində əmələ gələn, irinlə dolu, bərk ağrılı şişdir.
Döşün bu hissəsini yarmaq və irindən təmizləmək (drenaj qoymaq) üçün sizə tibb işçisinin köməyi lazım ola bilər, lakin siz döşlə əmizdirməni davam edin. Əgər zədələnmiş döşlə əmizldirmə dözüSrnəz dərəcədə ağrılı oiarsa, sağlam döşlə əmizdirməni davam edin, zədələn-miş döşdən isə südü ehtiyatla 2-3 gün müddətində sağın. Sonra yenidən həmin döşlə əmizdirməni bərpa edin. 
BÜTÜN BU HADISƏLƏRIN HAMISI DÖŞLƏ ƏMIZDIRMƏNIN ÇOX ÇƏTIN OLMASI HAQQINDA TƏSƏVVÜR YARADIR?
 Döşlə əmizdirmə barəsində mə'lumatın verilməsinin dilemması bundadır. Bu xəstəliklərin qarşısını almaq olar, ancaq oniar tez-tez baş verir, ona görə də onları müalicə etmək lazımdır. Bütün bunların hamısı qadınlara lazımi miqdarda kömək olmadığını göstərir. Fövqəl'adə vəziyyət şəraitində qadınların öz-özünə kömək və başqasına özünə iazım olan kömək üçün müraciət etmək imkanının olması həyati vacib əhəmiyyət kəsb edir. Döşlə əmizdirilən cəmiyyətdə belə xəstəliklərə nadir hallarda təsadüf etmək olar. Bu kitabçadan alınmış bilik vasitəsi ilə siz özünüzə və başqa anaiara kömək edib belə çətinliklərdən uzaqlaşa bilərsininz. Bu biliklərlə siz tibb işçilərinə söyləyə bilərsiniz.
ƏVVƏIIƏR DEYIRDINIZ KI, DÖŞLƏ ƏMIZDIRMƏNI TAM KƏSDIKDƏN SONRA ONU YENIDƏN BƏRPA ETMƏK OLAR. BUNU NECƏ ETMƏK OLAR?
Əgər siz bir neçə ay bundan əvvəl döşlə əmizdirməni kəsmişdinizsə, çox güman ki, döşünüzdən az da olsa maye sıxıb çıxara bilərsiniz. Sizin süd əmələ gətirmə mexanizminiz tam dayandırılmayıb. Döşlə əmizdirməni kəsib yenidən bərpa edilməsi relaktasiya adlanır. Heç doğmamış qadınlar öz himayəsinə götürdükləri uşaqları döşlə əmizdiriblər və bu məcburi və ya induksiya edilmiş laktasiya adlanır. Birinci ikincidən daha asandır. Döşlə əmizdirmənin 3 asan prinsipi burada tətbiq edilə bilər.
* Uşağın döşə düzgün qoyulması.
* Tələb və təkliflər.
* İnam.
Məqsəd sizin uşağınızı vəzifəsini yerinə yetirmək üçün razı salmaq-dadır. Əgər indi tamamilə şüşə qabdan içirsə və müvəqqəti olaraq təbii döşü əmmə vərdişini unudubsa, bu vərdişi onun yadına salmaq lazım-dır. Bə'zi körpələr bu vərdişləri asan bərpa edirlər, o birilərini isə incə-liklə yola gətirmək lazımdır. Ən çətin dövr onda başlanır ki, siz, südün əmələ gəlməsini stimulə etmək üçün uşağın döşünüzü çox əmməsini is-təyirsiniz, uşağa isə əvvəlki kimi tox olmaq üçün çoxlu yemək lazımdır. Çox əmmək üçün o ac olmalıdır, lakin o qədər ac yox ki, süd az olanda əsəbləşsin.
Uşaqlar müxtəlifdirlər. Şüşə qabdan yeyən bə'zi uşaqlar döşü yaxşı götürürlər. Bə'ziləri isə şüşə qaba öyrənib, döşü alıb özlərini çətinliyə salmaq istəmirlər. Birinci günlər mə'nəvi və praktiki olaraq sizə kömək etməyi kimdən isə xahiş edin. Məsələn, rəfiqənizdən və ya qonşunuz-dan biri sizin evdə başqa uşaqlara nəzarət etsin. İlk vaxtlar siz bu uşağa çox vaxt sərf edəcəksiniz.
* Uşağı gün ərzində 10 dəfədən az olmayaraq döşə qoyun.
* Tələb etdiyi zaman uşağa döş verin. Heç vaxt döşü məcburi olaraq
verməyin. Uşağa döş əmmənin xoş olduğunu hiss etdirin
. * Döşlə əmizdirmə zamanı hər ikinizin vəziyyətinin düz olmasına
nəzarət edin.
* Mümkün olduqca hətta uşağınız yatdığı zaman çalışın uşağı
bədəninizə toxundurun.
* Yalançı əmzikiərdən istifadə etməyin.
* Uşağınızı fincandan yedizdirirsinizsə, südünüzün miqdarı artdıqca,
sün'i qidalanmanı azaldın.
* Döşü stimulə etmək üçün döşünüzü əlinizlə ehtiyatla sağın.
* Uşağınızda maraq oyatmaq üçün uşağmızın dili üzərinə 1 damla
süd damızdırın.
* Əmizdirmə zamanı, uşağınızın ağzına axması üçün döşünüzün
üzərinə bir qaşıq süd tökün.
* Əgər uşaq, süd əmələ gəlməsi bərpa olana qədər marağını itirər-
sə, onda əmizdirməknən əlavə qida vermək olar. Bu üsulu o vaxt tət-
biq etmək olar ki, siz hər əmizdirmə üçün bütün ləvazimatı sterili-
zasiya edə biləsiniz. Tibb işçilərindən uşağı yedizdirmək üçün nazik
borucuqları alın. Sizə verilmiş sağılmış ana südünü, uşaq süd
qarışıqlarını və ya duruldulmış inək südünü əlinizin altında olan fincana
və ya hər hansı bir başqa qaba tökün. Borucuqları döşünüzə elə yaxın
tutun ki, uşaq döşünüzlə bir yerdə borucuğu da əmsin. Ən yaxşısı boru-
cuğu döşünüzə cərrahi yapışqanla yapışdınn.
Sizə rahat deyilsə, fincanı saxlamağı kimdən isə xahiş edin. Yedizdirməni başlamaq üçün fincanı öz döşünüzün və uşağın səviyyəsindən yuxarı tutun. Borucuqda süd axan kimi fincanı aşağı tutun. Əsas məqsəd, uşağı tam əmməyə, sizin döş südünüzü stimulə etməyə məcbur etməkdir, ona görə də borucuqdan süd nazik şırnaq ilə axmalıdır. Döş südü artdıqda, hər dəfə fincandakı südün miqdarmı bir çay qaşığı (ya da ona ekvivalent olan, həcmi 5 ml. qədər olan bir qabla, məsələn, spirtsiz içki şüşəsinin qapağı ilə) azaldın.
İnamı itirməyin. Bir çox qadınlar, həmçinin nənələr, döşlə əmizdirməni qurtardıqdan bir neçə il sonra südün yenidən əmələ gəlməsini bərpa etməyə nail olublar.   
ƏRZAQ ILƏ TƏCHI/AT QEYRI STABIL VƏ E'TIBARSIZ OLUR.
YAŞI 6 AYDAN ÇOX OLAN VƏ TƏK DÖŞ SÜDÜ YOX,
BAŞQA BIR QIDAYA EHTIYACI OLAN UŞAQLARLA NƏ ETMƏLI? 
Təxminən 6 aydan sonra özünüz yediyiniz yeməklərdən uşağa ver-məyə başlayın. Döşlə əmizdirməni əvəz etmək lazım deyil və döşlə əmizdirməyə əlavə kimi bərk yeməkləri verin. Altı aydan böyük uşaqlar hər qidanı qəbul edə bilərlər, lakin onların rasionu duz ilə zəngin olma-malıdır. Ailə üçün yeməyi hazırlayanda, uşağa verəcək yeməyi duz tök-məzdən əvvəl ayırın, imkan olanda yodlu duzdan istifadə edin, çünki əksər ölkələrdə yodun çatışmamazlığı müşahidə olunur. Altı aydan sonra, dişlərinin olub olmamasından asılı olmayaraq uşaqda çeynəmə refleksi yaranır. Yeməyi püre şəkilinə gətirmək lazım deyil, sadəcə qa-şıq ilə bir balaca əzin. Əgər yeməyiniz boldursa, siz isə döşlə əmiz-dirməyə davam edirsinizsə və uşağınız yaxşı böyüyürsə, onda şəkərin miqdarını azaldın. şəkər lazımi qida maddəsi deyil, sadəcə enerji mən-bəyidir. Başqa ərzaqların əksəriyyəti daha qidalıdır. Ancaq ərzağın kəskin çatışmamazlığı olanda heç nədən isə şəkər vermək yaxşıdır.
Uşağınızı başqa yeməklə qidalandırmaq üçün qaşıq və fincandan istifadə edin. Əgər uşaq bacarırsa, qoyun öz əli ilə yesin. 
YARIMÇIQ DOĞULNIUŞ VƏ AZ ÇƏKILI UŞAQLAR BARƏDƏ NƏ DEMƏK OLAR?
Uşaq nə qədər zəif olarsa, bir o qədər onu döş südü ilə bəsləmək vacibdir. Döşlə əmizdirilən, əmə bilən yarımçıq doğulmuş və az çəkili uşaqlar, şüşə qabdan qidalanan uşaqlara nisbətən stressə daha az məruz qalırlar.
Əgər uşaq, əmmə üçün çox zəifdirsə və ya çox yarımçıq doğulubsa, onda onu borucuq vasitəsi ilə sizin sağılmış döş südünüzlə qidalandır-maq olar. Hamiləliyin təxminən 32 həftəsindən sağlam yarımçıq doğul-muş uşağı yedizdirmək üçün fincandan istifadə etmək olar. Borucuqlara nisbətən fincanların bir neçə üstünlüyü var. Uşaq qəbul etdiyi qidanın miqdarını özü tənzim edir və sağılmış südlə təmas ağızda olan həzm fermentlərin tə'sirini stimulə edir. Yedizdirmə zamanı uşağın bədəninizə yaxın tutulması da uşağın inkişafı üçün xeyirlidir.
Borucuq vasitəsi ilə qidalandıqda, uşağın burnunun sizin döşünüzə toxunması da xeyirlidir. Siz südünüzü bir başa onun ağzına sağa bilərsiniz. Uşağınızın yanında mümkün olduğu qədər çox olun. Doğuş-dan sonra mümkün olduğu qədər döşünüzü tez sağın. Döş südünüzün miqdarı nə qədər az olsa da xeyirlidir. Yarımçıq və azçəkili uşaqlarm analarının bə'ziləri lazımi miqdarda süd verə büərlər, başqaları isə əlavə qidadan, yaxşı olardı ki, başqa ananın sağılmış südündən istifadə edə.
Döş!ə əmizdirmə zamanı uşağın axırıncı, yağlı südün almasına fikir vermək vacibdir. Daha yağlı süd qida borucuğunun divarlanna tez yapıştr, fincandan yedizdirdikdə yağın itkisi daha az olur.
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ağ-ciyər xəstəlikləri
Ağ ciyərin iltihabı zamanı...

  10-4-2007    Baxılıb: 1413   
article Mədə və bağırsaq xəstəlikləri
Mə”də narahatlığı....

  10-4-2007    Baxılıb: 3429   
article İrsiyyət xəstəlikləri
İrsiyyət haqqında elm genetika...

  10-21-2007    Baxılıb: 1325