Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Südəmər uşaqlar .: Döşlə əmizdirmə ilə bağlı problemlər

Döşlə əmizdirmə ilə bağlı problemlər

MƏN DÖŞLƏ ƏMIZDIRMƏ ILƏ BAĞLI PROBLEMLƏRI OLAN QADINLAR TANIYIRAM. BU PROBLEMLƏRIN ÖHDƏSINDƏN GƏLMƏK OLARMI?
Bə'zi qadınlar döşlə əmizdirmə zamanı döş giləsinin çatlaması və iltihabı, döş vəzlərinin bərkiməsi, süd axarlarının tutulması, irinləmə və mastit kimi problemlər ilə üzləşirlər. Anaların və tibb işçilərinin çoxusu bu çətinlikləri nə isə mütləq olmalı kimi qəbul edirlər, halbuki onların baş verməsinə yo! verməmək olar.
Döşfə əmizdirmə zamanı çətinlikiərin əksəriyyətindən qurtar-maq olar.
Sün'i qidalanma adi hala çevirildikdə bu çətinliklər daha tez-tez baş verir. İnsanların çoxu, hətta bə'zi tibb işçiiəri, uşağın necə düzgün qida-landığını müəyyən etməyi öyrənməyibiər. Əgər siz sün'i qidalanmanı tez-tez görürsünüzsə, təbü qidalanmani müşahidə etmək imkanı olmadığı aydın olur.
Sün'i qidalanma zamanı uşağı başqa vəziyyətdə saxlayırlar və uşaq əmziyi əməndə ağızı ilə başqa cür hərəkətlər edir.
Döşlə əmizdirmə anaya ağrt yetirməməlidir.
Mənim anam mənə deyirdi ki, döş gilələrinin iltihabı hənıişə baş verir və bununla yalni/ barışmaq Iazımdır.
Bir çox qadınların əksəriyyəti kimi sizin ananız da əbəs yerə əziyyət çəkib. Döş gilələrinin ütihabının qarşısını aimaq olar və lazımdır. Əksər hallarda gilənin iltihabı uşağın döşə düzgün qoyulmamasının nəticə-sidir. Dalğavari hərəkətlə zərər yetirmədən döşün areolasmın əvəzində uşaq giləni əmir, sürtünməyə gətirir və giləni zədələyir.
Problemlərin 90%-i uşaq döşə düzgün qoyulmadıqda mey-dana gəlir.
Bə'zən uşağın döşə qoyulması sanki düzgün oldüğü görünə bilər: əgər sizə rahat deyilsə uşağı yenidən döşə qoymağa çalışın. Bə'zən körpənin vəziyyətinin az da olsa dəyişdirilməsi onun sizin bədəninizə yaxın olmasına və ağzını daha geniş açmasına kömək edir. Cürbəcür vəziyyətlərdən istifadə edin. Uşağın dodaqlarım öz döş gilələrinizə toxundurun, bu uşağı ağzını geniş açmağa məcbur edər. Əgər əmizdirmə sizdə narahatçılıq yaradırsa, barmağınızı ehtiyatla uşağın ağzına qoyun və onu döşdən ayırın və sonra əmizdirməyə yenidən başlayın. Öncə şüşə qabdan əmizdirilən uşağa döşü əmməyə öyrən-mək üçün vaxt lazım ola bilər. Səbirli olun, həvəsdən düşməyin. Həm sizdə həm də onda hər şey alınacaqdır. Uşaqlar öz ana südünün iyini hiss edən kimi döşə tərəf dartınırlar. Əgər uşağın ağlaması sizi əsəbləşdirirsə, onda kənar səbirli bir adamdan onu qucağında özünə yaxın saxlamasını xahiş edin və özünüz uşağı sakitləşdirib yenidən əmizdirməyə çalışın.

Sizə lazım olan kömək üçün müraciət edin, uşağa lazım olan köməyi göstərin.
DÖŞ GILƏLƏRININ ILTIHABINA QARŞI MƏLHƏMLƏR BARƏDƏ NƏ DEMƏK OLAR? ONLARI FÖVQƏL'ADƏ VƏZIYYƏT ZAMANI NECƏ TAPMAQ OLAR?
Təəssüf ki, humanitar yardımla bir yerdə döş giiəsi üçün məlhəm və aerozol göndərirlər. Onlardan istifadə etməyin. Onlar areolada olan müdafiə edici təbii piyləri parçalayaraq iltihabı dərinləşdirir. Əgər uşaq lazımi qaydada döşü götürübsə, uşağın döşü əmməsi gilənin iltihabını ağırlaşdıra bilməz. Uşağın döşə düzgün qoyulmasından 24 saat sonra döş giləsində olan iltihab və çatlar sağalmağa başlayır. İltihab ağırlaşarsa, demək uşaq döşə tam düzgün qoyulmur. Bə'zi qadınlar döş giləsinə bir əmmənin sonundakı qədər gecikmiş süddən sürtürlər. Bü ağrını götürür və sağalmağa kömək edir.Döş giləsinin iltihabı çatlann əmələ gəlməsinə gətirə bilər. Bu çatlar İnfeksiya və mastitin mənbəyi ola bilər. Ona görə də onlara əhəmiyyət verməmək olmaz və uşağı döşə düzgün qoymağa çalışmaq lazımdır. Siz və sizin uşağınız daima öyrənməkdəsiniz. Uşaqda anadan gəlmə düzgün qidalanmaya istedad var və onunla bir yerdə siz bir neçə gün ərzində hər şeyi qaydasına sala bilərsiniz.
UŞAĞIN TƏLƏBATINA UYĞUN ƏMIZDIRINƏK ÜÇÜN MƏN ÖZ ŞƏXSI GIGIYENAMA NECƏ ƏMƏL EDIM VƏ DÖŞÜMÜN GILƏLƏRINI NECƏ YUYUM?
Əmizdirmədən əvvəl və sonra döş gilələrini yuyulması bir çox İl bun-dan əvvəl tibb dərsliklərinə daxil olmuş yanlış fikirlərdən biridir. Döş giləsini və onun ətraflannı yumaq üçün heç vaxt sabundan istifadə etməyin. Sabun döşü yoluxmadan qoruyan təbii piyləri yuyub aparır. Döş giləsini gündə bir dəfə yumaq kifayətdir və əgər siz lazımi miqdar-da suyu əldə edə bilmirsinizsə narahat olmayın.
Gigienik əsas qayda - tualetə getdikdən sonra, bələk əskisini və kör-pənin oturacağını yuduqdan sonra əllərinizi təmiz yuyun. Tualetə get-dikdən sonra əllərin tçmiz yuyulması hamıya aid olan əsas qaydadır, lakin döş gilələrinin yuyulması lazım deyil və zərər verə bilər.
Bütün çətiniiklərə baxmayaraq ən əsas məqsəd südün əmələ gəlməsini qorumaqdır. Döşünüzə heç vaxt "dincəlməyə" imkan verməyin. Bu döş vəzisinin bərkiməsinə və ya döş gilələrinin ilti-habına, mastitə, mastitin isə İrinləməsinə gətirə bilər. Döşünüzdən südü uşaq yaxşı azad edə bilər, əgər siz bir və ya iki gün döşlə əmizdirə bilmədiyinizi hiss etsəniz, südün əmələ gəlməsini ehtiy-atla sağmaqta saxlaya bilərsiniz.
DEMƏLI MƏN UŞAĞI DÖŞƏ DÜZGÜN TUTARAMSA MƏNDƏ HEÇ VAXT DÖŞÜN ILTIHABI OLMAYACAQ?
Xüsusilə antibiotik qəbul etdikdən sonra, süd yarası adlanan, göbələk xəstəliyi baş verə bilər. Süd yarası xəstəliyinə tutulan qadınlar döşlə əmizdirdikdə döşdə yandırıcı ağrı hiss edirlər. Dəri bu zaman parıltılı olur, qızarır və qabıq verir. Uşaqda isə (həmişə yox) ağızda ağ ləkələr və ya yanlannda səpkilər ola bilər. Qensianviolet ya nistatin tapmağa çalışın.
Uşağın müalicəyə ehtiyacı olur, əks təqdirdə o ananın döş giləsini yenidən yoluxdura bilər. Uşağın ağız boşluğunu (və oturacaqlarını) və ananın döş giləsinin müalicəsi üçün eyni preparatdan istifadə etmək olar. Belə halda, xoşagəlməz hal olduğuna baxmayaraq, uşağı döşlə əmizdirməyə davam edin. Əmizdirmənin birdən dayandırılması xəstəliyi kəskinləşdirə bilər. Əgər əmizdirmə dözülməz ağrı verərsə, südü ehtiyatla tətniz fincana sağın və uşağa verin (bax səh 40-42). Mastitin əmələ gəlməməsi üçün isə siz südün axmasını tə'min etməlisiniz.
Bunu tibb işçisinə göstərin
Döş giləsinin müalicəsi.
Rəng şəkilində olan qensianviolet:
Uşağın ağızını: 5 gün ərzində hər gün və ya günaşın, yaxud zə-dələnmədən sonra 3 gün ərzində 0.25% məhlulla təmizləyin. Ananın döş gHələrini: 5 gün ərzində hər gün 0.5% məhlulla təmi-zləyin.
YAXUD
Nistatin məlhəmi (100 000 v/q) gündə 4 dəfə əmizdirmədən sonra döş giləsinə sürtmək. Zədələnmənin sağalmasından sonra 7 gün sürtün.
Nistatin suspenziyası (100 000 v/ml). Pipetka vasitəsi ilə 1 ml uşağın ağzını yemləmədən sonra 7 gün ərzində təmizləyin və yaxud ananın müalicəsi ərzində.
Yalançı əmzik və butulkaya taxılmış əmziklər kondidoz infek-siyasının (süd yarası) mənbəyi ola bilərlər.
 
SIZ DEDINIZ KI, DÖŞLƏ ƏMIZDIRMƏ HEÇ BIR AĞRI TÖRƏTMƏMƏLIDIR. BƏS DOĞUŞDAII BIR NEÇƏ GÜN SONRA DÖŞDƏ ƏMƏLƏ GƏLƏN BƏRKIMƏ ILƏ NƏ ETMƏLI?
Çox vaxt dolmuş və bərkimiş döşləri səhv salırlar. Dolğunluq norma! haldır, bərkimənin isə qarşısını almaq olar və lazımdır. Doğuşdan bir neçə gün sonra sizin döşləriniz ağır, dolğun və şişgin ola bilər, lakin südün axmasma heç nə mane olmur. Bu halda uşağa tez-tez döşünüzü verin. Sizin döşləriniz yavaş-yavaş uşağınızm ehtiyaclarına uyğunlaşıb, yumşalacaq və siz özünüzü rahat hiss edəcəksiniz. Əgər uşaq xəstədirsə (39 səh. xəstə uşaqların döşlə əmizdirilməsi haqda bax) və siz südü uşağa bir başa verə bilməyirsinizsə, onda südün əmələ gəlməsinin kəsilməməsi üçün südü tez-tez sağmaq lazımdır.
Bərkimə - əlavə qan axımı nəticəsində toxumalar arası mayenin art-ması və döşün südlə həddən artıq dolması deməkdir. Bu zaman döşün dərisi dartılmış və parıltılı olur, siz döşünüzdə ağrı hiss edirsiniz və süd asan və sərbəst axmır. Sizin uşağa döşü götürmək və əmmək çətin oiur. Aşağıdakı qaydalara riayət edin:
Döş vəzilərinin bərkiməsinin səbəbləri və profilaktikası.
SəbəblərProfİlaktika
* Süd çoxdur.* Doğuşdan sonra
dərhal əmizdirməyə
başlayın.
* Əmizdirmənin başlanmasının gecikməsi.
* Döşə düzgün qoymağa çalışın.
* Döşə düzgün qoyulma-
ması.
* Məhdud olmayanəmməni tətbiq edin
* Döşdə südün qalması. 
* Əmizdirmə müddətinin
qısalması.
 

Döşə heç vaxt istirahət verməyin. Həmişə südün gəlməsini tə'min edin.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Həzmlə bağlı problemlər
Yaxşı çeynəmədən...

  10-4-2007    Baxılıb: 1019   
article Nə üçün döşlə əmizdirmə belə vacibdir?
NƏ ÜÇÜN...

  10-21-2007    Baxılıb: 437   
article Döşlə əmizdirmə hamilə olmaqdan qoruyur?
KIM ISƏ MƏNƏ DEYIB KI,...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 524