Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Satiralar 1907 .: Mən belə esrarı qana bilmirəm

Mən belə esrarı qana bilmirəm

Mən belə esrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, -
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,
Bir koma yox, daldalana bilmirəm!..

Derlər utan, hərzəvu hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nədim, kasibəm,
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, ol, qurtar!
He, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!..


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Bilmirəm - Zülfiyyə Xanbabayeva
Yenə O Mənsiz Yenə...

(Səs verilməyib)  10-19-2007    Baxılıb: 79   
article Hamısın tapa bilirəm, Birin tapa bilmirəm
Bir belə məsel vardır ki,...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 89